AZ

Yeniyetmə çimərlikdə günvurmadan öldü

Sumqayıtda yeniyetmə çimərlikdə ölüb.

XəzərNews.az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki çimərliklərdən birində baş verib.

14 yaşlı Abşeron rayon sakini Azər Tarverdi oğlu Məcidov halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb.

Məlumata görə, mərhum yeniyetmə talassemiya xəstəsi olub. Onun çimərlikdə günvurmadan öldüyü qeyd olunur.

Araşdırma aparılır.

Xəbər 2 dəfə oxunub.
Seçilən
74
4
xezernews.az

5Mənbələr