AZ

Gürcüstanın XİN başçısı: Azərbaycanla tərəfdaşlıq nəzərəçarpan nəticələr verir

TBİLİSİ, 23 iyul. TELEQRAF

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Tbilisidə qəbul etmək şərəf idi”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “X” hesabında yazıb.

O qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq və sıx dostluq artıq nəzərəçarpan nəticələr verir.

“Bizim güclü öhdəliyimiz regional sabitlik, tərəqqi və əlaqələndirməni daha da möhkəmləndirəcək”, - nazir yazıb.

Xatırladaq ki, C.Bayramov ötən gün Gürcüstanda rəsmi səfərdə olub.

Seçilən
94
teleqraf.com

1Mənbələr