AZ

"Sumqayıt" braziliyalı futbolçusu ilə vidalaşdı - RƏSMİ

"Sumqayıt" müdafiəçisi Alan Diasla yollarını ayırıb.

Fanat.Az-ın məlumatına görə, informasiyanı klubun mətbuat xidməti yayıb.

Braziliyalı arxa xətt oyunçusunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Diasın "kimyaçılar"la anlaşmasının müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, "Sumqayıt" daha öncə Vüqar Mustafayev (karyerasını bitirib), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov , Cəsurbek Cəloliddinov, Bobir Abdixolikov, Silvanus Nimeli və Sertan Taşkınla da əməkdaşlığa son qoyub.

Seçilən
74
fanat.az

1Mənbələr