AZ

Şamaxıda BMT İqlim Dəyişmələri Çərçivə Konvensiyasının danışıq qruplarının ikinci qeyri-rəsmi görüşü keçirilir

BMT İqlim Dəyişmələri Çərçivə Konvensiyasının danışıq qruplarının və ayrı-ayrı təşkilatların nümayəndə heyətlərinin rəhbərləri Şamaxıda ikinci qeyri-rəsmi iqlim toplantısında (retrit) iştirak edirlər.

"Report"un məlumatına görə, bu barədə COP29 özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Məlumata görə, tədbir iştirakçıları konstruktiv və perspektivli fikir mübadiləsi aparacaqlar.

"Retrit fikir mübadiləsi, etimadın gücləndirilməsi və müxtəlif gözləntilərin dərk edilməsinin dərinləşdirilməsi üçün dəyərli bir platformadır", - məlumatda qeyd olunur.

Seçilən
25
3
report.az

4Mənbələr