AZ

Alan Dias “Sumqayıt”a lazım olmadı

2025/2026-cı illər mövsümünə hazırlığı davam etdirən “Sumqayıt” daha bir futbolçusu – müdafiəçi Alan Dias ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı oyunçu ilə müddəti başa çatmış müqavilə yenilənməyib. Klub Alana xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Alan Dias 2024-cü ilin avqust ayından “Sumqayıt”ın sıralarında idi. 26 yaşlı mərkəz müdafiəçisi sözügedən klubun heyətində cəmi 18 oyuna çıxıb, heç bir məhsuldarlıq nümayiş etdirməyib.

Dias daha öncə “Lokomotiv” (Sofiya, Bolqarıstan), “Brazil Pelotas”, “Qoyas”, “Bofatoqo” və “Krisiuma” kimi klublarda da forma geyinib.

“Sumqayıt” by yay Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov, Silvanus Nimeli, Uğur Cahangirov və Sərtan Taşkınla da yollarını ayırmışdı. İsa Suliman və Roi Kehatla yeni müqavilə bağlamış klub Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu da heyətinə qatıb.

Seçilən
92
arena.az

1Mənbələr