AZ

"Zirə" - "Hayduk" matçına neçə bilet satılıb? - SON DURUM

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün Bakıda keçiriləcək "Zirə" - "Hayduk" matçına bilet satışı davam edir.

"Qartallar"ın sözçüsü Elmar Abdullazadənin Fanat.Az-a verdiyi məlumata görə, bu saata qədər 3700 bilet alınıb.

Daha öncə "Hayduk"u Azərbaycanda reallaşacaq qarşılaşmada 400-450 qonaq azarkeşin dəstəkləyəcəyi bəlli olub. 

Xatırladaq ki, "Zirə" - "Hayduk" görüşü "Neftçi Arena"da gerçəkləşəcək. Matçın start fiti 19:30-da səsləndiriləcək. Tərəflərin cavab oyunu iyulun 31-də Spilit şəhərində baş tutacaq.

Nihat

Seçilən
40
fanat.az

1Mənbələr