Bakı. Trend:
Qazaxıstanın axtarışa verdiyi şəxs həbs edilərək ölkəsinəqaytarılıb.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumatyayıb.
Bildirilib ki, 28.05.1999-cu il təvəllüdlü QazaxıstanRespublikasının vətəndaşı Suyunov Darın Alislamoviçin cinayətməsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətinBaş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının BaşProkurorluğu tərəfindən təmin edilib.
Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halındaquldurluq, adam oğurluğu, qəsdən adam öldürmə və oğurluqcinayətlərinin törədilməsində təqsirləndirilərək beynəlxalqaxtarışa elan edilmiş D.A.Suyunov cari ilin yanvar ayındaAzərbaycanda müəyyən edilmiş və barəsində həbs qətimkan tədbiriseçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqimünasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasəntəqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbuledilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətininxüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasınınsəlahiyyətli orqanına təhvil verilib.