AZ

Səfərbərlik Xidmətinin yarım milyonluq avadanlıq almaq istəyi baş tutmadı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif avadanlıqların alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Ləğvedilmənin səbəbi açıqlanmayıb.

 

Tenderin dəyəri 560 286 AZN olub. Buraya komputerlər, planşetlər, mikrofonlar, kondisionerlər, hava filterləri və s. daxildir.

 

Cabir

Tarix: 23 İyul 2025, 12:00   
Seçilən
83
pravda.az

1Mənbələr