Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.
Çinin Şansi əyalətindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBTM) vasitəsilə yola salınan ilk konteyner qatarı artıq Bakıya çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Qazaxıstan Dəmir Yolu" (KTZ) şirkətinin mətbuat xidməti məlumat yayıb.
Ümumi çəkisi 1159 ton olan 50 standart konteynerdən ibarət qatar iyulun 10-da Şansi əyalətinin Jinzhong şəhərində yerləşən Zhongding logistika mərkəzindən yola çıxıb. Qatar Qazaxıstandan keçərək Aktau limanına, oradan isə yük bərə ilə Azərbaycana çatdırılıb.
Qeyd edək ki, ənənəvi üsullarla müqayisədə Transxəzər daşımaları daşıma vaxtını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
Aysel,
BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.