Fransanın "Renn" klubu "Marsel"in sol cinah müdafiəçisi Kenten Merleni transfer edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə dörd illik müddətə imzalanıb. Transferin maliyyə dəyəri 13 milyon avro olaraq qiymətləndirilir.
23 yaşlı futbolçu "Nant" akademiyasının yetirməsidir. O, "Marsel"ə 2024-cü ilin qış transfer dövründə məhz "Nant"dan 10 milyon avroya keçmişdi. Merlenin əsas mövqeyi sol müdafiəçi olsa da, sol cinah yarımmüdafiəsində də oynaya bilir.
Qeyd edək ki, "Marsel" ötən mövsümü Liqa 1-də ikinci pillədə başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. "Renn" isə mövsümü 41 xalla 12-ci sırada tamamlayıb.