“Arsenal” klubu Viktor Qyökereşin transferi üçün “Sportinq”lə razılıq əldə edib.
İdmanxeber.az-ın məlumatına görə, “topçular” qarşı tərəfə 63.5 milyon avro ilə yanaşı, əlavə 10 milyon da bonus ödəyəcək.
İsveçli forvardla 5 illik müqavilə imzalanacaq. Qyökereş özü də yalnız “Arsenal”a keçmək istəyirdi.