AZ

Çin ABŞ-nin YUNESKO-dan çıxmasına münasibət bildirdi

BAKI, 23 iyul. TELEQRAF

Çin ABŞ-nin YUNESKO-dan (UNESCO) çıxmasını “uyğunsuz davranış” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“ABŞ artıq üçüncü dəfədir ki, YUNESKO-dan çıxır. Bundan əlavə, onların bu təşkilata görə uzun müddətdir üzvlük haqları üzrə borcu var. Bu, məsuliyyətli və böyük dövlətin davranışına uyğun deyil”, – məlumatda deyilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl YUNESKO-dan çıxmaq barədə qərar qəbul etmişdi.

O, bu qərarını təşkilatın ABŞ-nin maraqlarına zidd təşəbbüsləri dəstəkləməsi ilə əsaslandırıb.

Seçilən
61
1
teleqraf.com

2Mənbələr