“Prezident Trampın Ukraynadakı müharibənin gedişatını dəyişə biləcək müdaxiləsindən sonra Avropa liderləri və ölkələri nəzərlərini Şərqdən başqa hər yerə yönəldirlər”,- materialda vurğulanır.
Jurnalist qeyd edib ki, bir çox qərb siyasətçiləri hazırda ya məzuniyyətdədirlər, ya da tamamilə bu bu barədə fikirlərlə məşğuldurlar. Onun fikrincə, Ukraynada vəziyyətin hər gün pisləşdiyi bir vaxtda siyasətçilərin məzuniyyətə getməyə haqqı yoxdur.
![]() |
Tramp Kiyev üçün ilk hərbi kontraktı təsdiqləyib |
Xatırladaq ki, iyulun 14-də Tramp NATO ilə Ukraynanın müdafiəsini dəstəkləmək üçün alyans vasitəsilə Kiyevə silah tədarükü barədə razılıq əldə etdiyini açıqlayıb.
Bununla belə, NATO-ya üzv olan bəzi Avropa ölkələri öz büdcələri hesabına Ukraynanı Amerika silahları ilə təchiz etmək istəmədiklərini vurğulayırlar.
Sahil İsgəndərov
AzVision.az