"Əvvəlki dövrlərdə, xüsusilə 2001-ci ilin yanvar ayının 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş tex-pasport sənədləri əlində olan vətəndaşlar əgər bu sənədlərdə torpaq sahələrinin ölçüsü göstərilibsə, bu sənədlərlə müraciət edərək həm torpaq sahəsi, həm də tikili üzərində hüquqları əldə edə biləcəklər".
Teleqraf xəbər verir ki, bu barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova birifinq zamanı bildirdi.
Nigar Alimiva qeyd etdi ki, artıq həmin tikilinin, fərdi yaşayış evi və yaxud bağ evinin qeydiyyatdan keçirilib-keçirilməməsi şərti aradan götürülür:
“Bilirsiniz ki, 2001-ci ilədək ölkədə yerli icra hakimiyyəti orqanların yaşayış kateqoriyalı torpaq ayırmaq səlahiyyəti var idi və torpaq ayırma səlahiyyətləri icra hakimiyyəti orqanlarının özlərində idi. Lakin təhlillər onu göstərdi ki, çoxlu sayda Bakı və ətrafı rayonlar, o cümlədən regionlar olmaqla çox sayda icra hakimiyyəti orqanlarının inzibatı ərazi dairələri üzrə nümayədləri tərəfindən də torpaq ayırma sənədləri vətəndaşlara verilib və bu sənədlərin sayı kütləvidir.
Nəzər alsaq ki, artıq vətəndaşlar uzun illərdir həmən torpaq sahələri və onların üzərində olan tikilləri mübahisəsiz istifadə edirlər, artıq bu dəyişiklik onlara kənd, qəsəbə, rayon icra nümayəndələrinin sənədləri əsasında da həm torpağa, həm də tikiliyə hüquq tanımaq imkanı verəcəkdir. Yəni, önəmli məsələ burada odur ki, artıq vətəndaşlara müvafiq icra hakimiyyəti strukturlarının səlahiyyət ötürmə barədə qərarlar olmadan belə, yalnız nümayəndəlik qərarlar əsasında həmən torpaq sahələrinin hüquqları əldə edə biləcəklər”.