AZ

"Sumqayıt"ı daha bir legioner tərk etmək üzrədir - SON DURUM

"Sumqayıt"da daha bir ayrlıq reallaşmaq üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, son olaraq braziliyalı müdafiəçi Alan Diasla əməkdaşlığa son qoyan "kimyaçılar" gürcüstanlı yarımmüdafiəçi Georgi Xaraişvilini yola salmağa yaxındırlar.

Sumqayıt təmsilçisi ilə 2024-cü ilin yayında 1+2 illik müqavilə bağlayan legionerin performansı komandanın serb baş məşqçisi Saşa İliçi qane etmir. Hazırda rəhbərlik ölkəsinin millisində 6 matça çıxmış əcnəbi ilə danışıqları davam etdirir.

Məsələyə klubun sözçüsü Zaur Xudiyevin münasibətini öyrəndik: "Haqzırda bu haqda dəqiq nəsə demək çətindir. Qala da bilər, gedə də". 

Qeyd edək ki, ötən mövsüm Premyer Liqadakı mübarizəni 33 xalla 8-ci pillədə başa vurub. Komanda bir müddət öncə İliçə tapşırılıb.

Nihat 

Seçilən
49
1
fanat.az

2Mənbələr