Ermənistanın baş naziri Nikol Paşinyan 24 iyul tarixində Rusiyaya işgüzar səfərə yollanacaq...
Poliqon xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. İki gün davam edəcək səfər çərçivəsində baş nazir bir sıra tədbirlərə qatılacaq.
Səfər zamanı Paşinyan, digər məsələlərlə yanaşı, Altayda keçiriləcək ətraf mühitin mühafizəsinə dair konfransda da iştirak edəcək.
Qeyd edək ki, ötən həftə Nikol Paşinyan Ermənistanın Rusiya ilə münaqişə istəmədiyini və əməkdaşlıq qurmaqda maraqlı olduğunu bəyan edib. Ermənistanın baş naziri Rusiya prezidenti Vladimir Putinlə münasibətlərini “səmimi” adlandırıb.
Bu açıqlama Ermənistan parlamentinin sədri Alen Simonyanın rusiyalı telekanalların ölkədə yayımının dayandırılmasını təklif etməsindən sonra verilib. Simonyan həmin telekanalları “ölkənin daxili işlərinə qarışmaqda” ittiham etmişdi.
Poliqon.info