Bakı. Trend:
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusiambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19)infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardımgöstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddətiuzadılıb.
Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.
Qərara əsasən, əlavənin verilmə müddəti oktyabrın 1-dəkuzadılıb.
Qeyd edək ki, əvvəl bu müddət iyulun 1-dək nəzərdətutulmuşdu.