AZ

Taleh Kazımov: Yeni hedc mexanizmindən bütün kredit təşkilatları istifadə edə biləcək

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni hedc mezanizmindən bütün banklar və bank olmayan kredit təşkilatları (BOKT) istifadə edə biləcək.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu alətin tətbiqi zamanı əsasən kapitala və yaxud maliyyələşdirilən sahə üzrə kredit portfelinə baxılacaq. Hedc olunan vəsaitin bankın məcmu kapitalının 5%- və yaxud istehlak kredit portfelinin 20%-i qədər nəzərdə tutulur.

Təsirlərə gəldikdə isə biz sabit məzənnə rejimini dəstəkləyirik. Burda hər hansısa yüksək kredit riskləri yoxdur", - deyə o qeyd edib.

Xatırladaq ki, avqustun 1-dən Azərbaycan Mərkəzi Bankı (AMB) banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqinə başlayacaq. Proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra AMB-nin təqdim etdiyi maliyyə aləti ilə hedc olunacaq. Hedc olunmuş vəsait mikro, kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli təsərrüfatları və özünüməşğul əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldiləcək.

Seçilən
152
1
apa.az

2Mənbələr