AZ

CNN Tramp və Epşteynin arxiv görüntülərini yayımlayıb

ABŞ-ın CNN telekanalı prezident Donald Tramp və maliyyəçi Ceffri Epşteynin yer aldığı daha əvvəl məlum olmayan foto və video materiallar yayımlayıb…

Qeyd edək ki, Epşteyn yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı təşkilatlanmış şəbəkənin yaradılmasında ittiham olunurdu.

Poliqon xəbər verir ki, yayımlanan materiallar arasında Donald Trampın 1993-cü ildə aktrisa Marla Meypls ilə keçirilən toy mərasimindən olan fotolar da var. Həmin şəkillərdə Ceffri Epşteyn də yer alır. Maliyyəçinin bu mərasimə dəvət olunması barədə məlumat əvvəllər geniş ictimaiyyətə məlum deyildi.

Arxivdə həmçinin 1999-cu ildə keçirilmiş “Victoria's Secret” şousundan görüntülər də yer alıb. Kadrlarda Donald Tramp və Epşteynin söhbət etdiyi və güldükləri əks olunub. CNN bildirir ki, Ceffri Epşteyn 1980–1990-cı illərdə Donald Trampın qatıldığı müxtəlif ictimai tədbirlərdə dəfələrlə iştirak edib.

Donald Tramp yayımlanan materiallara münasibət bildirməkdən imtina edib. O, görüntüləri “saxta” adlandırıb və CNN nümayəndələri ilə telefon danışığını yarımçıq kəsib. Ağ Evin Kommunikasiya Direktoru Stiven Çunq isə bildirib ki, yayılan foto və videolar kontekstdən çıxarılıb və kütləvi tədbirlərin adi anlarını əks etdirir.

Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu il iyulun 6-da azyaşlıların alveri ilə bağlı ittihamlarla həbs olunmuşdu. Ən azyaşlı qurbanın 14 yaşı olduğu məlum olmuşdu. İstintaq müəyyən etmişdi ki, 2002–2005-ci illər arasında Epşteyn onlarla qızı cəlb edib və cinsi istismara məruz qoyub. Həbsindən bir ay sonra isə Epşteyn həbsxana kamerasında intihar etmişdi.

Bundan əvvəl The Wall Street Journal yazmışdı ki, Donald Tramp Epşteynə 50 illiyi münasibətilə əl ilə çəkilmiş çılpaq qadın rəsmi və təbrik yazısı olan açıqca göndərib. Tramp bu iddiadan sonra qəzetin sahibi, media maqnatı Rupert Merdoka qarşı məhkəmə iddiası qaldıraraq onu yalan məlumat yaymaqda ittiham edib.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr