Bakı. Trend:
Qazaxıstan dəmir yollarının törəmə şirkəti olan “KTZ Express”Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu ilə Şansi (Çin)əyalətindən Azərbaycana ilk konteyner qatarının multimodaldaşınmasını həyata keçirib.
Trend bu barədəQazaxıstan Dəmir Yollarının mətbuat xidmətinə istinadən xəbərverir.
“Qatar Cinçjun şəhərində yerləşən "Jundin" logistik mərkəzindəformalaşdırılıb. Ona 50 ədəd standart konteynerdən ibarət, ümumiçəkisi 1150 tondan çox olan fotoelektrik modullar dəsti daxil olub.Tərkib Qazaxıstan ərazisindən tranzitlə keçərək, Aktau limanınaçatdırılıb, oradan isə yük dəniz nəqliyyatı vasitəsilə Azərbaycanagöndərilib”, – deyə məlumatda qeyd olunub.
Şirkət nümayəndələri bildiriblər ki, Çinin şimalından OrtaDəhlizlə yeni marşrutun istifadəyə verilməsi TBNM-in artanəhəmiyyətini nümayiş etdirir, həmçinin, Qazaxıstanın Avrasiyalogistikasında əsas tranzit halqa kimi mövqeyinimöhkəmləndirir.
“Qazaxıstan Dəmir Yolları Çindən MDB ölkələri, Qafqaz, Türkiyəvə Avropaya yüklərin etibarlı və sürətli çatdırılmasını təminetməklə multimodal həlləri inkişaf etdirməyə davam edir”, – deyəmətbuat xidmətindən əlavə edilib.
KTZ Express - Qazaxıstan Dəmir Yollarının törəmə şirkətidir.Şirkət daxili və beynəlxalq yükdaşımaların təmin olunması, ocümlədən, logistika üzrə ixtisaslaşıb.