Almaniyalı hücumçu Tomas Müller "Bavariya" ilə yollarını ayırdıqdan sonra yeni klub axtarışlarını davam etdirir.
90deqiqe.Az-ın “Tuttomercatoweb”ə istinadən verdiyi məlumata görə,35 yaşlı futbolçu karyerasını gözlənilmədən Avstraliyada davam etdirə bilər. Belə ki, A-League təmsilçisi “Sidney” bir neçə həftədir Müllerlə danışıqlar aparır. Potensial transfer Avstraliya çempionatının tarixində ən səs-küylü keçidlərdən biri ola bilər.
Təcrübəli futbolçunun karyerasını MLS-də davam etdirməyə maraqlı olduğu uzun müddətdir müzakirə olunur. Müller özü də verdiyi müsahibələrdə ABŞ-a köçmək variantına açıq olduğunu bildirmişdi.
Bununla belə, klubun alman forvardı inandırmaq şansları hələlik yüksək qiymətləndirilmir. Bildirilir ki, “Sidney” Myüllerin transferi uğrunda yalnız bir rəqiblə – adı açıqlanmayan MLS klubuyla mübarizə aparır. Futbolçu ABŞ variantına daha çox üstünlük versə də, Avstraliya seçimini də istisna etmir.