Kanadanın Baş naziri Mark Karni, ABŞ-nin Kanadaya tariflər tətbiq etməsi üçün verdiyi müddətin yaxınlaşdığı bir vaxtda, "pis bir razılaşmanı" qəbul etməyəcəklərini bildirib.
“Cebheinfo.az” “CBC News” telekanalına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Kanadadan gələn məhsullara 35 faiz gömrük vergisi tətbiq etmək üçün avqustun 1-dək verdiyi müddət yaxınlaşarkən Baş nazir Mark Karni bu mövzuya dair açıqlama verib.
"Kanada hökuməti “pis bir razılaşmanı” qəbul etməyəcək. Bizim məqsədimiz, sadəcə hər hansı bir razılaşma imzalamaq deyil, kanadalıların maraqlarına uyğun bir razılaşmanın ardınca getməkdir", - deyə Mark Karni bildirib.