AZ

"Rabiot futbolla yaşayır, haqqında deyilənlər həqiqəti əks etdirmir"

"Marsel"in baş məşqçisi Roberto de Zerbi komandanın yarımmüdafiəçisi Adrien Rabiot haqqında yüksək fikirlər səsləndirib.

90deqiqe.Az-ın “derbyderbyderby.it”ə istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis fransalı futbolçunun peşəkarlığı və futbola bağlılığı ilə onu təəccübləndirdiyini bildirib.

"Rabiot məni çox xoş şəkildə təəccübləndirdi. Onun haqqında tamam başqa şeylər eşitmişdim. Ümumiyyətlə, bəzi italyan jurnalistlər çox şeyi uydururlar. Əslində, o, çox sadə, təmkinli və işinə sadiq biridir. O, futbolla yaşayır, bütün emosiyalarını futbola həsr edir. Anası da onun kimi xarakterə sahibdir – onlar gerçək insanlardır"

Qeyd edək ki, Adrien Rabiot "Marsel"ə transfer olunmazdan əvvəl PSJ və "Yuventus" kimi klubların formasını geyinib.

Seçilən
20
90deqiqe.az

1Mənbələr