AZ

Şelburn un baş məşqçisi: Qarabağ dominantlıq etməyə çalışacaq

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

İrlandiyanın "Şelburn" klubunun baş məşqçisi Coy O'Brayen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin bu gün Dublində "Qarabağ"a qarşı keçiriləcək ilk oyunu ilə bağlı fikirlərini bildirib.

Sportal.az “The Irish Sun” nəşrinə istinadən xəbər verir ki, o, Azərbaycan çempionu ilə görüşdən gözləntilərini bölüşüb:

"Qarabağ" meydanda dominantlıq etməyə çalışacaq. Ayıq-sayıq olmalıyıq. “Qarabağ”da bizim üçün problem yarada biləcək oyunçular var və biz bunu aydın şəkildə qəbul etməli, hazır olmalıyıq. Kağız üzərində favorit olan komandaya qarşı meydana çıxacağıq. Futbol sehrdən ibarətdir: 90 dəqiqə mübarizə aparıb sonluğa baxırsan. Biz şansımızı belə dəyərləndiririk”.

Qeyd edək ki, “Şelburn” – “Qarabağ” görüşü bu gün keçiriləcək və oyuna Bakı vaxtı ilə 22:45-də start veriləcək.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

phrase_var_article.chosen
4
50
sportal.az

10phrase_var_article.sources