BAKI, 23 iyul. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrailin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiyalar, humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.
Həmçinin Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, Azərbaycanın sülh və sabitliyin bərqərar edilməsini dəstəklədiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu qeyd olunub.