PSJ Portuqaliyanın “Portu” klubunda çıxış edən gənc yarımmüdafiəçi Rodriqu Mora ilə maraqlanır.
90deqiqe.Az xəbər verir ki, Fransız nəhəngi 18 yaşlı futbolçunun inkişafını yaxından izləyir. Lakin Paris klubu yay transfer pəncərəsində oyunçunun transferi ilə bağlı hər hansı konkret plan qurmayıb.
Portuqaliya mətbuatında yayılan iddialara baxmayaraq, PSJ hələlik futbolçunun keçidi üçün “Portu” ilə rəsmi danışıqlara başlamayıb.
Rodriqu Mora ötən mövsüm “Portu”nun əsas komandasında 35 oyunda çıxış edərək 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri hazırda 40 milyon avro təşkil edir.