Ukrayna təcili olaraq ABŞ və Avropanın Kiyevə daha çox hava hücumundan müdafiə sistemləri və raketlər göndərməsinə ehtiyac duyur.
Herbiand.az bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Aleksandr Sirski “The Washington Post”a deyib.
Onun daha çox dəstək çağırışı Rusiyanın bu yay Ukrayna şəhərlərinə dağıdıcı hücumları fonunda səslənir. Rus qoşunlarının irəliləməsini dayandırmaq üçün lazım olan qoşunları səfərbər etmək üçün mübarizə aparan Ukrayna döyüş meydanında çətinliklərlə üzləşir.
Sirski deyib ki, yeni hava hücumundan müdafiə silahları, o cümlədən ABŞ-ın Patriot raketləri, tutucu pilotsuz uçuş aparatları və PUA-rı vurmaq üçün yüngül təyyarələr Rusiyanın hücumlarının qarşısını almağa kömək edə bilər.
Bundan əlavə, o bildirib ki, Ukraynanın daha çox orta və uzun mənzilli raketlərə, o cümlədən Amerikanın ATACMS və Almaniyanın Taurus sistemlərinə ehtiyacı var. Əgər tərəfdaşlar onları Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün məhdudiyyətlər qoymadan tədarük etsələr, bu, Kiyevə raket və dronların istehsal olunduğu infrastruktura hücum edərək Rusiya silahlarının istehsalını ləngitməyə imkan verəcək.
“Onlar demək olar ki, hər şeyi hədəfə alırlar - aerodromları, əhalinin məskunlaşdığı əraziləri, infrastruktur obyektlərini. Ona görə də, əlbəttə ki, düşmənə layiqli cavab verə bilmək üçün ballistik raketlərin təchizatına ehtiyacımız var”, - Sırski Rusiya haqqında deyib.
Bəxtiyar CƏFƏRLİ