AZ

Azərbaycanda İslam bankçılığının tətbiqi üçün ona tələbi müəyyənləşdirməliyik - AMB sədri

Bakı. Trend:

İslam bankçılığının ölkədə tətbiqi ilə bağlı hər bir detal, riskvə s. amillər nəzərə alınmalıdır. Bu bank modelinin tətbiqiinanılmaz dərəcədə böyük bir işdir. Əvvəlcə ölkədə İslambankçılığına tələbatı qiymətləndirməliyik.

Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bugün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu bank modeli üzrə müvafiq qanunvericiliktədbirlərinin formalaşdırılması, araşdırmaların aparılması,təhlillər tək Mərkəzi Bankın deyil, bir neçə qurumun işidir:

"Hazırda Mərkəzi Bank İslam İnkişaf Bankı ilə birlikdə sukukemissiyası sahəsində əməkdaşlıq edir. Onun əsasında qanunvericilikpaketi hazırlanır. Həmçinin, ümumi İslam bankçılığı üzrə bazardatələbatın öyrənilməsi üçün "İslam pəncərəsi" üzərində çalışırıq.Biz "İslam pəncərəsi"ni yaradırıq ki, cari fəaliyyət göstərənbanklar İslam bankçılığına məxsus olan depozit kredit məhsullarıtəklif etsinlər. Bununla biz bu bank modelinə tələbimüəyyənləşdirəcəyik".

"2022-ci ildə apardığımız qiymətləndirməyə görə, İslambankçılığının təklif etdiyi kreditlərin potensial həcmi 300 milyonmanat idi. Ümumi sektorun kredit portfelinin qarşısında bu rəqəmcüzidir. "İslam pəncərəsi" ilə biz tələbi qiymətləndirəcəyik. Ammahələlik bu tələbi görmürük", - deyə sədr vurğulayıb.

Qeyd edək ki, İslam bankçılığında faiz sistemi yoxdur. Müasirbank qaydalarına əsasən, banka vəsait qoyuruq və bunun konkretfaizini alırıq. İslam yanaşmasında isə faizlərin alınmasıqəbuledilməzdir. İslam bankçılığının modeli odur ki, siz banka puluyatırırsınız, bank həmin məbləği hər hansı işə yatırır. Sonda əldəolunan gəlir tərəflər arasında bölünür. Razılaşırlar ki, biznesdənəldə olunan gəlirin filan hissəsi pulu yatıran şəxsə, digər hissəsiisə banka veriləcək. İslam bankında mühüm məqamlardan biri də pulyatıran şəxsin ziyana da şərik olmasıdır. Bu sistemdə həm zərərdə,həm də qazancda şəriklik anlayışı var. Əsas məqsəd və hədəf ondanibarətdir ki, tərəflərdən hansısa biri zərər görməsin. Malayziya,İndoneziya, Türkiyə və başqa ölkələrdə belə banklar fəaliyyətgöstərir.

Seçilən
66
az.trend.az

1Mənbələr