Space X investorları xəbərdar edib. Bildirilib ki, İlon Mask siyasətə qayıda bilər.
KONKRET.az xəbər verir ki, Space X şirkətinin tender təklifində investorlar üçün xüsusi xəbərdarlıq yer alıb – milyarder İlon Maskın siyasətlə əlaqələri hələ bitməyə bilər.
Bloomberg yazır ki, sənəddə Maskın gələcəkdə siyasi vəzifələrə qayıtma ehtimalı vurğulanır. Xatırladaq ki, o, əvvəllər ABŞ-ın sabiq prezidenti Donald Trampın administrasiyasında Dövlət İdarəçiliyi Səmərəliliyi Departamentində baş məsləhətçi kimi fəaliyyət göstərib.
Nəşr qeyd edir ki, Mask bu kimi vəzifələrə yenidən təyin oluna bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az