AZ

Kremldə paranoya əhval-ruhiyyəsi: Elitada qorxu hökm sürür

Rusiyanın siyasi elitası son zamanlar baş verən səs-küylü həbslər, uzunmüddətli məhkəmə hökməri və müəmmalı ölümlər fonunda artan gərginlik və qorxu şəraitində yaşayır.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “The Telegraph” nəşri yazır.

Nəşr qeyd edir ki, hazırda Kreml ətrafında “pəncərədən yıxılmaq” ifadəsi yeni siyasi metaforaya çevrilib, məhkəmələr isə bir-birinin ardınca sərt və uzunmüddətli hökmlər çıxarır.

Karnegi Fondunun eksperti və Rusiya Mərkəzi Bankının keçmiş müşaviri Aleksandra Prokopenkonun sözlərinə görə, indi artıq əvvəlki qaydalar işləmir: “Kimlərin səni dəstəklədiyi önəmli deyil. Güclülər deyil, ehtiyatlı olanlar sağ qalır”.

Rusiya hökumətində çalışan yüksək rütbəli məmurlardan biri isə vəziyyəti belə şərh edib:

“Kremlidə paranoyalar artır. Mən təhlükəli mövzulardan uzaq durmağa çalışıram… Hamımız öz kiçik dünyamıza çəkilmişik”.

Müşviq Tofiqoğlu

KONKRET.az

phrase_var_article.chosen
5
1
konkret.az

2phrase_var_article.sources