İyulun 22-də Tehranda İran, Rusiya və Çin nümayəndələrinin üçtərəfli görüşü keçirilib. Görüşün əsas mövzusu İranın nüvə proqramı olub.
Ölkə.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Nəşrin məlumatına görə, tərəflər məsləhətləşmələri davam etdirmək və mövqelərini və hərəkətlərini əlaqələndirmək barədə razılığa gəliblər. Qarşıdakı həftələrdə müxtəlif səviyyələrdə görüşlərin davam etdirilməsi planlaşdırılır.
Görüşün təfərrüatları barədə məlumat verilmir.
Mürtəza