ABŞ Konqresinin üzvü Marjorie Taylor-Grin Ukrayna şəhərlərində bir sıra antikorrupsiya qurumlarının müstəqilliyinin faktiki olaraq ləğvi ilə bağlı etirazları dəstəkləyərək, ukraynalıları Ukrayna prezidenti Vladimir Zelenskini devirməyə çağırıb.
Bakues.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, o, Zelenskini Rusiya ilə münaqişəni həll etməkdən imtina edən diktator adlandırıb.
Konqres üzvü bildirib ki, Ukrayna xalqı böyükdür:
“Zelenskini vəzifədən uzaqlaşdırın!”.
O, həmçinin ABŞ-dən Ukraynaya maliyyə və silah tədarükünü dayandırmağı tələb edib.