AZ

Türkiyə “Eurofighter” qırıcıları alacaq | VİDEO

AzVision.az xəbər verir ki, Türkiyə və Böyük Britaniya mənbələrinin yaydığı məlumata əsasən, müqavilə Ankaranın 2023-cü ildən bəri “Eurofighter” konsorsiumunun əsas ölkələrindən biri olan Böyük Britaniya ilə apardığı uzunmüddətli danışıqların nəticəsidir.

Yaxın vaxtlara qədər Almaniyanın Türkiyəyə döyüş təyyarələrinin ixracına veto qoyması danışıqlarda irəliləyişə mane olurdu. Lakin 2024-cü ildə Berlinin öz mövqeyinə yenidən baxması azişin həyata keçirilməsində irəliləyiş əldə etməyə imkan verdi.

Almaniyanın Türkiyəyə 40 “Eurofighter Typhoon” təyyarəsinin tədarükü ilə bağlı rəsmi razılıq verməsiTürkiyə-Böyük Britaniya müdafiə tərəfdaşlığının gücləndirilməsi və Türkiyə Hərbi Hava qüvvələrinin (HHQ) modernləşdirilməsi istiqamətində böyük bir addım kimim qiymətləndirilir.

Türkiyə ilk hipersəsli raketini nümayiş etdirib| VİDEO
Qeyd eədk ki, Ankara ilə London arasında 40 təyyarənin tədarükü ilə bağlı ilkin razılıq əldə olunsa da, qiymətlə bağlı hələlik yekun razılışma yoxdur.

Bu ilin əvvəlində İngiltərə bütün tədarük paketi üçün təxminən 12 milyard dollar ödənilməsini təklif etsə də, Türkiyə bu məzənnəni çox yüksək sayır.

Lakin qiymət məsələsində fikir ayrılığına baxmayaraq, Ankara xüsusilə İsrail və İran arasında artan regional gərginliyi, habelə İsrailin Dəməşqə son hava hücumlarını nəzərə alaraq, razılaşmanın icrasını sürətləndirməkdə maraqlıdır.

Xatrırladaq ki, bundan əvvəl Türkiyənin “Roketsan” müdafiə sənayesi şirkəti İstanbulda keçirilən IDEF 2025 beynəlxalq müdafiə sərgisində “Tayfun Blok-4” hipersəsli raket də daxil olmaqla altı qabaqcıl sistemi göstərib.


Sahil İsgəndərov
AzVision.az


Seçilən
25
1
azvision.az

2Mənbələr