AZ

Daha üç tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

Bakı. Trend:

Vətəndaşların tibbi məlumatlara mərkəzləşdirilmiş və rahatçıxışını təmin etmək məqsədilə “mygov” platformasına yeniinteqrasiyalar həyata keçirilib.

Bu barədə Trend-ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən(İRİA) məlumat verilib.

Məlumata görə, İRİA-nın Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlığınəticəsində elektron reseptlər artıq “mygov” platformasında əlçatanolub. İstifadəçilər onlara yazılmış reseptlərlə bağlı məlumatlarlahəm veb, həm də mobil tətbiq üzərində tanış ola və yükləyəbilərlər.

Bununla yanaşı, İRİA-nın İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyi və TƏBİB-lə birgə həyata keçirdiyi inteqrasiyaçərçivəsində instrumental diaqnostik müayinə nəticələri və tibbigöndərişlər də platformada təqdim olunur. Bu xidmətlər hazır sənədformasında təqdim edilir. Dövlət tibb müəssisələri tərəfindənverilən instrumental diaqnostik müayinə nəticələrinə (MRT, KT, USM,EKQ, EEQ və s.), eləcə də həm dövlət, həm də özəl tibbmüəssisələrinə verilən tibbi göndərişlərə “mygov” platformasıüzərindən elektron şəkildə baxmaq və yükləmək mümkündür.

Qeyd edək ki, bütün bu məlumatlara veb versiyada “Tibbməlumatlarım” bölməsi, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyasıvasitəsilə çıxış mümkündür.

Seçilən
137
6
az.trend.az

7Mənbələr