Fransanın "Lion" klubu Portuqaliya təmsilçisi "Kaza Pia"nın mərkəz müdafiəçisi Ruben Kluyvert heyətinə qatmağa yaxındır.
90deqiqe.Az-ın “RMC Sport”a istinadən verdiyi məlumata görə, tərəflər 24 yaşlı müdafiəçinin 3 milyon avroya transferi barədə razılığa gəliblər.
Qeyd edək ki, Ruben, "Barselona", "Ayaks" və Niderland millisində parlaq karyerası ilə tanınan sabiq hücumçu Patrik Kluyvertin oğludur.
Kluvert ötən mövsüm "Kaza Pia"nın heyətində bütün turnirlər üzrə 24 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə edib və 7 sarı vərəqə alıb. Onun çıxış etdiyi klub Portuqaliya çempionatında mövsümü 9-cu pillədə tamamlayıb.