Xaçmaz rayonunun Məmmədxanlı kəndi yaxınlığında güclü yanğın başlayıb.
APA-nın Şimal bürosu xəbər verir ki, yanğın əkin sahələrində baş verib, 70 hektara yaxın ərazini əhatə edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər görülür.