“Microsoft” korporasiyası dövlət dəstəkli çinli hakerlərin kiberhücumuna məruz qalıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Microsoft” açıqlama yayıb.
Qeyd olunub ki, şirkətin təhlükəsizlik komandası korporativ sistemlərə dövlət səviyyəli kiberhücum aşkarlayıb.
Bildirilib ki, “Linen Typhoon”, “Violet Typhoon” və “Storm-2603” adlı qrupların Çin ilə əlaqəli olduğu iddia edilən hakerlər şirkət rəhbərlərinin, eləcə də kibertəhlükəsizlik də daxil olmaqla bəzi departamentlərin əməkdaşlarının korporativ SharePoint serverlərin “çox kiçik bir hissəsinə” giriş əldə ediblər.
Korporasiya vurğulayıb ki, hakerlər onların qrupları haqqında məlumatları ehtiva edən sənədləri oğurlayıblar.
“Microsoft” hadisə ilə bağlı araşdırmaya başlayıb.