AZ

Dişləri təbii şəkildə ağardan qidalar açıqlanıb

Dişlərin sağlam və parlaq görünməsi yalnız ağız baxımı məhsulları ilə deyil, gündəlik qidalanma ilə də mümkündür.


Pravda.az-ın məlumatına görə, bəzi qidalar dişləri ağartmağa kömək edir, bəziləri isə ləkələrin əsas səbəbidir.


Hansı qidalardan uzaq durmaq lazımdır?


Dişlərdə ləkə yaradan əsas qidalar – qəhvə, çay, qırmızı şərab, bəzi giləmeyvə növləri, makaron sousu və sarıkök kimi ədviyyatlar menyudan çıxarılmalıdır.


Dişlərə xeyir verən qidalar:


Turş meyvələr: Greyfurt, limon, portağal və yaşıl alma kimi məhsullar tüpürcək ifrazını artıraraq ağızın təmizlənməsinə kömək edir.


Süd məhsulları: Pendir və qatıq dişləri möhkəmləndirir, pH balansını qoruyur və ləkələrin qarşısını alır.


Xırtıltılı qidalar: Kök və fındıq kimi qidalar tüpürcəyi artıraraq dişləri təmizləyir.
 

Ananas: Tərkibindəki bromelain maddəsi diş səthindəki ləkələri təmizləməyə kömək edir.


Mütəxəssislər bu qidaların ağız gigiyenası ilə birlikdə istifadə edilməsinin dişlərin ağ qalmasında mühüm rol oynadığını bildirir. Dişləri evdə təbii üsullarla ağartmaq da mümkündür, lakin qidalanma bu prosesin əsas hissəsidir.


Əminə Bayramova 

Tarix: 23 İyul 2025, 14:34   
Seçilən
103
pravda.az

1Mənbələr