AZ

FCSB-nin prezidenti: "Qarabağ" klubu bizim səviyyəmizdə deyil

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi FCSB-nin prezidenti Cici Bekali püşkə münasibət bildirib.

Operativ Media xəbər verir ki, o, bu haqda ölkəsinin Fanatik.ro saytina danışıb.

Klub prezidenti "Qarabağ"ı öz səviyyələrində görmədiyini bildirib.

“Çox yaxşı püşkdür. Biz artıq “Qarabağ”ı məğlub etmişik. Həm də rəqib bizlə qarşılaşmaya qədər cəmi iki rəsmi oyun keçirəcək. Çünki onların çempionatı hələ avqustda start götürəcək. Yaxşı şans qazanmışıq. “Qarabağ”ı udmayandan sonra Çempionlar Liqasına düşmək istədiyini necə deyə bilərsən? Onlar bizim səviyyədə deyil, futbolları da bizim futbolla müqayisəyə gəlmir. Onlar oyunçularını itirib, ritmdən məhrum olub. Biz onları darmadağın edəcəyik! Yaxşı ki, ilk oyunu evdə keçirəcəyik – 2:0 və ya 3:0 udarıq ki, pley-offa vəsiqəni təmin edək”.

Qeyd edək ki, FCSB Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə "Şkendiya"ya 1-0 hesabı ilə məğlub olub.

Seçilən
36
operativmedia.az

1Mənbələr