Bakı, 23 iyul, AZƏRTAC
Avropa Kubokunun ilk təsnifat mərhələsində mübarizə aparacaq "Abşeron Lions" basketbol komandasının rəqibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Kiprin "Anortosis" kollektivi ilə üz-üzə gələcək.
Püşkatma Almaniyanın Münxen şəhərində təşkil olunub.