“Türk Sənət Akademiyası olaraq hələ ki, Azərbaycanda fəaliyyət göstəririk. Ailəmlə birlikdə bura köçmüşəm. Amma işlərimlə əlaqədar olaraq tez-tez Türkiyəyə gedib-gəlirəm. Azərbaycanda aktyor yetişdirmək o qədər də çətin deyil, amma asan da deyil. Buradakı aktyor namizədlər çox əzmlidirlər. Ona görə də dərslərimiz çox əyləncəli və gözəl keçir”.
Bunu Moderator.az-a açıqlamasında “Kurtlar Vadisi” serialının Güllüsü, məşhur aktyor Erhan Ufak deyib.

O daha sonra əlavə edib:
“Türkiyəyə sıx-sıx gedişimin məqsədi çəkilişlərlə əlaqəlidir. Film və seriallarla bağlı təkliflər var. Seriallarda çəkilə bilmirəm, çünki “Pana Film” şirkəti ilə müqaviləm var. Burada kamera, güvənlilik sistemləri ilə bağlı biznesim də var” deyə aktyor bildirib.
Ethan Ufak Güllü rolunun sevilməsindən də danışıb:
“Güllü rolundan sonra bir çox obrazlar canlandırmışam. “Kurtlar Vadisi” serialının bütün xarakterlərini tamaşaçılar sevdilər. Güllü rolunun komik yönləri var idi. Özünü uşaq kimi özünü aparması və bir az da çapqınlığına görə hər kəs bu rolu sevdi. Bir çox insan Güllüdən özündə bir parçanı görür. Yaşadığım ərazidə hər kəs məni tanıyır. Təəccüblənmirlər. Amma başqa yerlərdə görəndə təəccüblənirlər və sevgilərini göstərirlər” deyə o bildirib.
Aktyor “Kurtlar Vadisi Pusu” serialının nə vaxt başlayacağı ilə bağlı suala da cavab verib:

“Mənə Azərbaycanda ən çox verilən sual “Kurtlar Vadisi Pusu”-nun nə vaxt başlayacağı ilə bağlıdır. Mən bunu dəqiq deyə bilmərəm. Yəqin ki, “Pana Film” nə vaxt başlayacağı ilə bağlı bir açıqlama verər” deyə aktyor bildirib.
Erhan Ufak hazırkı türk seriallarının bütün dünyada məşhur olmasının səbəbini də açıqlayıb:
“Buna bir çox səbəblər var. Öncə senarilərin güclü yazılması, rejissorların keyfiyyətli iş ortaya qoyması və aktyorların da gözəl oynaması başlıca səbəblərdəndir. Aktyorlar texnologiyanı yaxşı izləyirlər. Bir də bu sahəyə yatırım edən insanlar çoxdur. Eyni sözləri Azərbaycan film və serial sektoru üçün də deyə bilərəm. Aktyor, rejissor və senarist problemi yoxdur. Amma bu sahəyə yatırımlar çox azdır. Burada bir az əskiklik var” deyə aktyor bildirib.