AZ

"Marsel" "Bavariya"nın oyunçusu ilə əlaqə saxlayıb

"Yuventus"dan Timoti Veanı heyətinə qatmağa yaxın olan "Marsel", transferin baş tutmaması ehtimalına qarşı alternativ namizədi də müəyyənləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, əgər Vea ilə danışıqlar uğursuzluqla nəticələnsə, klub diqqətini “Bavariya”nın sağ cinah müdafiəçisi Saşa Boeyə yönəldəcək.

Məlumata görə, “Marsel” rəhbərliyi 24 yaşlı fransalı futbolçu ilə əlaqəni davam etdirir və onun transfer ehtimalını açıq saxlayır.

Saşa Boe 2024/25 mövsümündə Münhen təmsilçisinin heyətində 21 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı müdafiəçinin bazar dəyərini 18 milyon avro olaraq qiymətləndirir.

Seçilən
60
90deqiqe.az

1Mənbələr