AZ

"Bavariya" Rafael Leau üçün hərəkətə keçib

"Milan"ın hücumçusu Rafael Leau Almaniya nəhəngi "Bavariya"nın diqqət mərkəzinə düşüb.

90deqiqe.Az-ın “Sport Bild”ə istinadən verdiyi məlumata görə, son günlər Münhen klubunun əsas prioriteti kimi "Liverpul"un vingeri Luis Dias göstərilsə də, "rossoneri"nin ulduzunun da transferi istisna edilmir.

Rafael Leau bu yay transfer pəncərəsində "Bavariya"ya keçməyə hazırdır. 26 yaşlı futbolçu artıq Səudiyyə Ərəbistanından aldığı sərfəli təklifi rədd edib. Onun məqsədi Avropada yüksək səviyyədə çıxış etməyə davam etməkdir.

İddiaya görə, Leau "Bavariya"da illik təxminən 15 milyon avro məvacib qazanmaq istəyir. “Transfermarkt” portalı portuqaliyalı oyunçunun transfer dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Seçilən
65
90deqiqe.az

1Mənbələr