AZ

Tikinti şüşəsinin istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında ölkədə 5 083,5 min kvadratmetr tikinti şüşəsi istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 1,4 faiz və ya 69,8 min kvadratmetr çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin may ayı ilə müqayisədə isə iyunda istehsal həcmində 3,4 faiz və ya 30,7 min kvadratmetr artım müşahidə olunub. İyun ayında 941,4 min kvadratmetr tikinti şüşəsi istehsal edilib.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı 1 537,7 min kvadratmetr təşkil edib.

Seçilən
92
1
vergiler.az

2Mənbələr