AZ

Coy O’Brayen: “Kağız üzərində favorit “Qarabağ”dır”

“Şelburn”un baş məşqçisi Coy O’Brayen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la oyunundan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, İrlandiya və Azərbaycan çempionları bu gün Dublində üz-üzə gələcəklər.

Coy O’Brayen ilk matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqib özünə inanacaq. Onlar topa nəzarəti ələ almağa çalışacaqlar. Hücuma çıxarkən daim diqqətli olmalıyıq. Müdafiədə boşluqlar buraxmamalıyıq. Bu səviyyədə, belə klubun səni cəzalandıran oyunçuları mütləq olacaq. Biz bunu qəbul etməliyik. Kağız üzərində favorit “Qarabağ”dır. Belə bir komandaya qarşı meydana çıxacağıq. Amma futbol sehrdən ibarətdir. 90 dəqiqə mübarizə aparıb sonluğa baxırsan. Biz şansımızı belə dəyərləndiririk”.

Xatırladaq ki, bu gün keçiriləcək “Şelburn” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Seçilən
60
3
arena.az

4Mənbələr