AZ

Diz ağrısının səbəbi yalnız travma deyil

Diz

Diz ağrısı deyəndə çoxları ilk olaraq travmanı, oynaqda iltihabı və ya artriti düşünür. Lakin bəzi hallarda bu ağrıların səbəbi heç də birbaşa dizlə bağlı olmur. Bədən özündəki dərin problemləri bəzən məhz dizlər vasitəsilə “səsləndirir”. Gəlin, bəzi gözlənilməz səbəblərə nəzər salaq:1. Xroniki stress Daimi gərginlik orqanizmdə kortizol səviyyəsini yüksəldir, bu da əzələlərdə və oynaqlarda gərginlik yaradır. Stress bədənin düzgün hərəkət etməsinə mane olur, nəticədə dizə düşən yük artır və ağrı yarana bilər.2. Bel və onurğa problemləri Onurğadakı sinirlər bədənin müxtəlif hissələrinə ötürülən siqnallara cavabdehdir. Bel nahiyəsindəki sinirlərin sıxılması (məsələn, fəqərə yırtığı və ya degenerativ dəyişikliklər) dizdə yalançı ağrılar yaradaraq insanı çaşdıra bilər.3. Dermatit və dəri xəstəlikləri Diz nahiyəsində olan dəri iltihabı və ya allergik reaksiyalar da bəzən oynağa yayılan ağrılarla müşayiət oluna bilər. Dəri səthində qızartı, qaşınma və yanğı hissi varsa, səbəb yalnız oynaqda deyil, dəridə də ola bilər.4. Yuxusuzluq və hormonal pozğunluqlar Uzunmüddətli yuxu çatışmazlığı bədəndə bərpa proseslərini ləngidir. Eyni zamanda, hormonal balanssızlıq da oynaq mayesinin azalmasına və toxumaların zəifləməsinə səbəb ola bilər.5. Duruş pozğunluğu və qeyri-düzgün ayaqqabı seçimi Yanlış duruş və ya rahat olmayan ayaqqabı diz oynaqlarına əlavə yük salır. Bu da zamanla ağrıya səbəb olur, xüsusilə də oturaq həyat tərzi keçirən insanlarda.Nə etməli?Hərtərəfli müayinə ol!Təkcə dizə yox, bütün bədənə qulaq as!Sağlam həyat tərzini və düzgün hərəkət mexanikasını prioritet et!Diz ağrısı bəzən dərin bir xəbərdarlıqdır – bədən səninlə danışır, onu eşit/Ulusum.az

Diqqət Çəkənlər

Şair İbrahim İlyaslı nələrdən danışdı? - REPORTAJ

Ana qəlbinə toxunan şəfalı əllər – bir ürəyə ümid, bir ailəyə sevinc - FOTO

Meyvə və giləmeyvələri dondurmaq üçün ən yaxşı üsullar nələrdir?

Seçilən
48
ulusum.az

1Mənbələr