AZ

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub

Bakı. Trend:

Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamıilə təsis edilən “Yüksəliş” müsabiqəsinin beşinci mövsümününqalibləri müəyyənləşib.

Trend xəbərverir ki, “Baku Ekspo Mərkəzi”ndə keçirilən final mərhələsindəiştirak etmiş 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalibadını qazanıb.

Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 39 yaşı var. Qalibgələn iştirakçıların 42.86 %-i dövlət, 57.14 %-i özəl sektordaçalışır.

Müsabiqə 5 mərhələdən — qeydiyyat, onlayn, əyani, yarımfinal vəfinaldan ibarətdir. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə,nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik,innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük)ekspertlər tərəfindən qiymətləndiriliblər. Final mərhələsində isəiştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrəqiymətləndiriliblər.

Yarımfinal və final mərhələlərinə hazırlıq çərçivəsindəqiymətləndirici ekspertlər üçün təlim proqramı təşkil olunmuşdur.Təlimlərə 153 ekspert cəlb edilib. Onlar real imtahan mühitinəyaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar üzərindəniştirakçıların bacarıqlarını qiymətləndirməklə yanaşı,qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyətivə ekspertlərin funksiyaları barədə də ətraflıməlumatlandırılıblar.

Xatırladaq ki, qiymətləndirmə prosesi beynəlxalq təcrübəyəəsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı(Assessment Conference)” metodu ilə həyata keçirilir. Bu metod hərbir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir vəyekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır, eynizamanda, bu gün üçün dünyada ən etibarlı qiymətləndirmə metoduhesab olunur.

Beşinci mövsümün qaliblərinin aşağıdakılardır:

Ələsgərov Kamran Tahir oğlu
Mustafayev Fərid Vüsal oğlu
Sadıxlı Kamran Tahir oğlu
Məmmədov İbrahim Allahverdi oğlu
Balacanov Məmməd Şahrəddin oğlu
Həsənov Məmməd İslam oğlu
Daşdiyev Qoşqar Ramiz oğlu
Həsənverdiyev Şəhriyar Ələkbər oğlu
Kərimli Əli İdrak oğlu
Mirzəzadə Elnur Ceyhun oğlu
Nağıyev Orxan Mayıl oğlu
Hüseynov Numrəddin İlham oğlu
Hüseynli Mirqəni Mir Kamal oğlu
Ağayev Əliağa Əlifağa oğlu
Hüseynzadə Ramil Mahmud oğlu
Xəlilov Toğrul Mehman oğlu
Eyyub Fatimə Elçin qızı
Məmmədli Elnur Yasin oğlu
Hüseynov Fərid Şahin oğlu
Əsgərxanlı İrşad Natiq oğlu

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqəninqalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilətəmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlıPrezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixindəmüvafiq Sərəncam imzalanıb.

Məqalədə:
Seçilən
73
17
az.trend.az

10Mənbələr