Ajans.az turk mediasına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyi (MSB) bildirib: “Cənab nazirimiz bu gün Birləşmiş Krallığın müdafiə naziri ilə görüşərək ölkəmizin Eurofighter Typhoon istifadəçisi kimi qəbul edilməsinə dair tam əhatəli bir razılaşma üçün Anlaşma Memorandumu imzalamışdır.” Anadolu Agentliyinin (AA) yaydığı xəbərə görə, MSB-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və nazirliyin sözçüsü Tuğamiral Zəki Aktürk, İstanbul Sərgi Mərkəzində keçirilən həftəlik mətbuat konfransında danışıb. Toplantı “IDEF 2025 – 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi” münasibətilə təşkil olunub. Aktürk bildirib ki, IDEF müdafiə sənayesinin mövcud imkan və qabiliyyətlərinin dünyaya tanıdılmasında mühüm rol oynayır: “Müdafiə, təhlükəsizlik, dənizçilik, aviasiya və kosmos sənayesi sahələrində mühüm beynəlxalq təqdimat, satış və əməkdaşlıq platforması olan və dünyanın ən nüfuzlu müdafiə sərgiləri arasında seçilən IDEF 2025-in müdafiə sənayemizə dəyərli töhfələr verəcəyinə inanır, əməyi keçən hər kəsə bir daha təşəkkür edirik.” Aktürk əlavə edib ki, sərgidə 50 ölkədən 1400-dən çox iştirakçı firma, 99 ölkə və beynəlxalq təşkilatdan 120 mindən çox ziyarətçi, 113-ü yüksək səviyyəli olmaqla 219 heyətin 937 nümayəndəsi iştirak edib. O vurğulayıb ki, yerli və milli müdafiə sənayesinin əldə etdiyi səviyyə və gələcək hədəflər bütün dünyaya təqdim edilib. Sonda Aktürk qeyd edib: “Dəniz, hava və quru sistemləri, hərbi təchizat, təhlükəsizlik avadanlıqları, silah, sursat və müdafiə elektronikası kimi sahələrdə 1100-ü ilk dəfə olmaqla 5000-dən çox məhsul sərgilənir.”