Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb.
Sherg/az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.