Kayak və kanoeçilərimiz dünya çempionatında iştirak etmək üçün Portuqaliyaya yola düşüb.
Apasport.az xəbər verir ki, 23-27 iyul tarixlərində Portuqaliyanın Montemor-o-Velyo şəhərində gənclər və 23 yaşa qədər kayak və kanoeçilər arasında dünya çempionatı keçiriləcək.
Azərbaycanı bu yarışda 1 qadın, 2 kişi olmaqla, ümumilikdə 3 idmançı təmsil edəcək. Kanoe növündə Tatyana Smilovenko medal uğrunda mübarizə aparacaq.
Kayak növündə isə Amil Ramazanov və Əlimurad Hacızadə dünya çempionatında mükafat qazanmağa çalışacaq.
Avarçəkənlərimiz Vyanada gümüş medal qazanıb
Avarçəkənlərimiz Avropa çempionatına yollanıb
Avarçəkənlərimiz Vyana Reqatasında iştirak edəcək
Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək